Ölkə

Badamdar: süxur kütlələri yer dəyişib

Metbuat.az

Badamdarda sürüşmə sahəsində monitorinqlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Milli.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Milli.Az