Ölkə

“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılacaq

Metbuat.az

2019-cu il dövlət büdcəsində mənzil və komunal, yanacaq və enerji, sənaye və tikinti, nəqliyyat və rabitə xərcləri üzrə 563,4 milyon manat vəsait proqnozlaşdırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2,3% təşkil edəcək.

Bundan başqa, büdcə zərfində sənaye və tikinti xərclərinə (dövlət əsaslı vəsait qoyuluşu xərcləri istisna olmaqla) 2019-cu il dövlət büdcəsindən 19,5 milyon manat vəsait ayrılıb.

Nəqliyyat və rabitə xərclərinə 2019-cu il dövlət büdcəsində 175,8 milyon manat vəsait proqnozlaşdırılıb. Həmin məbləğdən "Azərkosmos" ASC-nin nizamnamə kapitalının artırılması üçün 48 milyon manat vəsait nəzərdə tutulur. 

Xatırladaq ki, hazırda "Azərkosmos"un nizamnamə kapitalı 63 610 600 manatdır. 

Milli.Az