Ölkə
Azərbaycanda daha bir doğuş faciəsi - Körpə öldü
İmişli rayonuda yeni doğulan körpə ölüb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, İmişli rayon sakini, 2000-ci il təvəllüdlü Şahbazlı Nəzrin Saleh qızı oktyabrın 3-də gecə saatlarında doğuş sancıları ilə İmişli rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Uşaq oktyabrın 6-da gecə saat 1 radələrində xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az