Ölkə

Azərbaycan və İsrail regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Metbuat.az

Tel-Əviv şəhərində Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov İsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Milli.Az