Ölkə

Axşam saatlarının hava proqnozu açıqlandı

Metbuat.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin bu gün axşam saatlarında ölkə ərazisində müşahidə ediləcək hava şəraitini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 23-ü axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 17-19 dərəcə isti təşkil edəcək.

Oktyabrın 23-ü axşam saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu 18-20, dağlarda 11-13 dərəcə isti təşkil edəcək.