Dünya

Asiyada ilk dəfə eynicinsli nikahlar leqallaşdırıla bilər

Metbuat.az

Tayland Asiyada eynicinsli nikahların leqallaşdırıldığı ilk ölkə ola bilər.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu nəzərdə tutan qanun layihəsi bu ilin sonunadək müzakirəyə çıxarıla bilər.

Qeyd olunur ki, Taylandda 2015-ci ildə cinsi azlıq nümayəndələrinin şirkətlərdə ayrı-seçkiliyə məruz qalmasını qadağan edən qanun qəbul edilmişdi.

Bundan başqa, Tayvanda da eynicinsli nikahların leqallaşdırılmasını nəzərdə tutan qanun yaxın iki il ərzində qəbul edilə bilər.

Milli.Az