Dünya
Aprel iştirakçısı olan erməni gəncin
Bu gün Ermənistanın Lori vilayətinin Alaverdi şəhərində 2016-cı ilin aprel hadisələrinin iştirakçısı olan şəxsin meyiti tapılıb.
Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, polisə Çuxadjyan-36 ünvanındakı mənzildə bir gəncin meyitinin olması barədə siqnal daxil olduqdan sonra polislər həmin ünvana gedib.
Polis və müstəntiqlər evin hamamında Alaverdi sakini 21 yaşlı Sanasar Simonyanın cəsədini tapıblar. Araşdırma zamanı onun bədənində heç bir zorakılıq izi tapılmayıb. İlkin nəticələrə görə, S.Simonyan ürək çatışmazlığından ölüb.
Məlumatda deyilir ki, Sanasar Simonyan 2016-cı ilin aprel hadisələrinin iştirakçısı olub və ən qaynar nöqtələrdə xidmət edib.
Günay Elşadqızı / METBUAT.AZ