Dünya
Amansız xəstəlik yayılıb, çinlilər qırılır
Çində yoluxucu xəstəlikdən minlərlə insan ölüb.
Milli.Az Sputnik-ə istinadla xəbər verir ki, Çində cari ilin avqust ayından bu günə qədər 706372 nəfərdə yoluxucu xəstəlik aşkar edilib və onlardan 1983-ü dünyasını dəyişib.
"Şinjua" agentliyinin məlumatına görə, keçən ay yoluxucu xəstəliklər A, B və C olaraq sinifləndirilib. A qrupunda xolera, tüberküloz, hepatit, bel soyuqlaması, B qrupunda qulaqdibi, ağız, ayaq və əldə yaranan sap xəstəliyi (yaralar), C qrupunda yoluxucu ishal xəstəlikləri təsnifləndirilib.
Məlumata görə, daha çox ölüm halları B qrupu xəstəliklərdən baş verib.
Milli.Az