Ölkə
Ağstafada qəza: piyada öldü
Ağstafada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada yerləşdirildiyi xəstəxanada ölüb.
Publika.az xəbər verir ki, "VAZ-21011" markalı avtomobillə vurularaq ağır halda xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Samir Qurbanov orada ölüb.
Hadisəni törədən sürücü, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Rabil Səttar oğlu Rüstəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.