Dünya

Afrikada fil ekskursiya maşınına hücum edib

Metbuat.az

CAR-da Avropa və Yaponiyadan olan turistlərin ekskursiya avtomobilinə qəzəblənmiş fil hücum edib.

Metbuat.az xəbər verir ki, yarımmetrlik dişləri olan heyvanın maşına hücum səhnəsini turistlərdən biri videoya çəkib.

Videyazıda görünür ki, fil başını avtomobilin salonuna salaraq oturacaqları və cihaz lövhəsini dağıtmağa başlayır. Sürücü – bələdçi maşından düşərək qaça bilir.

Bir neçə dəqiqədən sonra heyvan qəflətən sakitləşib və turistləri rahat buraxıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.//Report.az


30 yaşlı jurnalisti zorlayıb öldürdülər - FOTOLAR - Oxumaq üçün tıkla