ABŞ YPG/PKK ilə
YPG/PKK terror təşkilatının nəzarətindəki Fəratın şərqinə tırlarla dolu silah-sursat göndərən ABŞ, 2016-cı ildən indiyə qədər hərbi və ağır silahlardan istifadə təlimatını verdiyi terrorçulara indi də başqa bir təlim keçəcək.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ indi də müharibə ərazilərindəki yaralılara ilkin müdaxilə və cəbhədən geridə cərrahiyə əməliyyat qaydalarının yer aldığı təlimləri keçirməyə başlayıb. ABŞ sağlamlıq təşkilatları Sincar, Qamışlı və Kobanidə səhiyyə təlim mərkəzləri yaradacaq. Təlimləri, bölgədə terrorçulara uzun müddət müharibə təlimi və səhiyyə dəstəyi verən “Castle International LLC of Arizona USA” adlı şirkət keçəcək. Təlimlər 3 il müddətində veriləcək.
Artıq bununla bağlı ABŞ diplomatik nümayəndələri ilə YPG/PKK terrorçuları arasında Anlaşma Memorandumu imzalanıb. ABŞ-ın Bağdaddakı səfirliyindən 4 nəfərlik heyət də Qamışlıya gedib.
Günay Elşadqızı / METBUAT.AZ