Digər

ABŞ-dan Səudiyyə Ərəbistanına SƏRT XƏBƏRDARLIQ - 72 saat VAXT VERDİ

Metbuat.az

ABŞ xarici işlər naziri Mayk Pompeo Səudiyyə Ərəbistanın İstanbul baş konsulluğuna girəndən sonra yoxa çıxan jurnalist Camal Qaşıqçı haqqında sərt bəyanatla çıxış edib.

Publika.az xəbər verir ki, M.Pompeo Səudiyyə Ərəbistan şahzadəsi Məhəmməd ibn Salmana Kaşıkçı istintaqının yekunlaşması üçün 72 saat vaxt verib.

“İstintaqı bitirmək üçün 72 saat vaxtınız var, ya da sanksiya ilə üz-üzə qalacaqsınız”, - deyə nazir xəbərdarlıq edib.

Məlumata görə, Türkiyə səfərindən əvvəl ABŞ prezidenti Donald Trampın tapşırığı əsasında Səudiyyə Ərəbistana gedən M.Pompeo M.Salmanla görüşüb.

Jurnalistlərə açıqlamadan sonra şahzadə ilə təkbətək söhbət edən ABŞ-ın xarici işlər naziri müxalif jurnalistin istintaqının 3 gün ərzində yekunlaşması üçün vaxt verib.

Nazir bildirib ki, əks halda M.Salmanın krallıq ehtimalı təhlükə altında olacaq. O, M.Salmanın taxta çıxmasının Kaşıncı hadisəsini həll etməsindən asılı olacağı ilə bağlı xəbərdarlıq edib.

Gülxar