Dünya

​ABŞ Camal Kaşıkçının ölümü ilə bağlı yeni

Metbuat.az

ABŞ ərəb jurnalist Camal Kaşıkçının öldürülməsi ilə bağlı yeni sanksiyalar tətbiq edə bilər.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Myanmada səfərdə olan Müdafiə naziri Ceyms Mettis bildirib ki, günahkarlara qarşı qadağaların genişləndirilməsi gündəmdədir. Pentaqon rəhbəri bildirib ki, hadisənin əsl səbəbləri üzə çıxarılmalı, qatillərə qarşı lazımi cəzalar tətbiq olunmalıdır.

Əks halda yeni problemlərin ortaya çıxması qaçılmaz olacaq. Qeyd edək ki, iki gün əvvəl amerikalı rəsmilər cinayət hadisəsində şübhəli bilinən şəxslərə viza verilməcəyini bəyan etmişdi.

Sübhan / METBUAT.az