Ölkə

84 yaşlı qadını kürəkəni və nəvəsi döyüb - VİDEO

Metbuat.az

Ağstafada 84 yaşlı qadın kürəkəni və nəvəsi tərəfindən döyülüb.

Milli.Az bildirir ki, hadisə Ağstafa rayonunun Yenigün kəndində qeydə alınıb.

Kənd sakini Xədicə Əliyeva kürəkəni Nadir və nəvəsi Seymur adlı şəxslər tərəfindən amansızcasına döyülüb.Yumruq zərbələri qadının bədən və sifət nahiyələrinə dəyib. Onu xəstəxanaya yerləşdiriblər.

Məlum olub ki, Xədicə Əliyevanın qızı Bəsti Əliyeva bir müddətdir həyat yoldaşı ilə anasının yanında qalmağa başlayıb.Yaşlı qadın isə buna etiraz etdiyi üçün döyülüb.

Yaşlı qadının böyük qızı bildirir ki, döyülmə hadisəsində bacısının də əli var.

Hazırda yaşlı qadının vəziyyəti orta ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: