Ölkə

65 yaşlı kişi qardaşı tərəfindən döyüldü - Cəlilabadda

Metbuat.az

Cəlilabad rayonunda qardaşlar arasında dava düşüb.

"Report"un məlumatına görə, şəhər sakini, 1953-cü il təvəllüdlü Kazım Xankişi oğlu Fətullayev qardaşı tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qardaşlar arasında düşən mübahisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.