Dünya

5-ci əsrdən qalma ağzında daş ilə dəfn olunmuş

Metbuat.az

İtaliyanın Umbria bölgəsində aparılan arxeoloji qazıntılarda Roma imperatorluğu dövründən qalmış qeyri-adi bir uşaq məzarı ilə qarşılaşılıb.

Metbuat.az-ın Türkiyə mediasına istinadla bildirir ki, Stanford Universitetinin arxeoloqlarının başçılığı ilə edilən qazıntılarda 10 yaşında uşağın ağzına daş yerləşdirilmiş şəkildə dəfn olunduğu müəyyən edilib.

İtalya mətbuatına görə, uşağın ağzına daş yerləşdirilməsi “vampir dəfn etmə ritualı”na işarədir.

Arxeoloqlar uşağın böyük ehtimalla qızdırma xəstəliyinə tutulduğunu və ölümündən sonra “vampir” kimi yenidən dirilib canlılara bu xəstəliyi yaymasının qarşısını almaq üçün ağzına daş yerləşdirildiyi güman edilir.

Cinsiyəti məlum olmayan uşaq italyan mətbuatında “Lugnono vampiri” olaraq adlandırılır.




https://metbuat.az/news/1042342/dunyaca-meshur-uld...