Ölkə

41 yaşlı kişi naməlum şəraitdə xəsarət alıb

Metbuat.az

Tovuz rayon sakini naməlum şəraitdə xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Cəfərov Elçin Sabir oğlu döş qəfəsinin qapalı travması ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Yaralıya ilkin tibbi yardım göstərilib. Xəstə həyətində yıxılaraq xəsarət aldığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az