Ölkə
Yevlaxda “KİA” ilə piyadanı vurub öldürdülər
Yevlax şəhəri ərazisində "KİA" markalı avtomobillə piyada vurulub.
DİN-dən Milli.Az-a verilən məlumata görə, sentyabrın 27-də saat 11 radələrində Yevlax şəhəri ərazisində Mingəçevir şəhər sakini Elvin İbrahimov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən şəhər sakini Baloğlan Həşimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
Milli.Az