Dünya
Yəməndə hərbi helikopter qəzaya uğrayıb
Yəmənin şərqində ərəb koalisiyasının helikopteri qəzaya uğrayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində pilot və onun köməkçisi həlak olub.
Qəzaya texniki nasazlığın səbəb olduğu deyilir.
Hadisə Yəmənin Omanla sərhədində yerləşən əl-Mahra əyalətində baş verib. Helikopter hərbi missiyanı həyata keçirərkən qəzaya uğrayıb.
Milli.Az