Digər
Yaponiyadakı zəlzələdə zərərçəkənlərin sayı açıqlandı
Yaponiyanın Hokkaydo adasında zəlzələ nəticəsində zərər çəkənlərin sayı 300 nəfərə çatıb, ən azı 9 nəfər ölüb.
Publika.az "Kyodo" nəşrinə istinadən xəbər verir ki, yerli hökumət qurumları təqribən 30 nəfərin itkin düşdüyünü, 1900 nəfərin isə təxliyyə mərkəzlərində olduqlarını bildirirlər.
Ölkənin Müdafiə Nazirliyi xilasetmə işlərinə 25 min nəfər cəlb edib.