Digər
Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Atlantik okeanından yaxınlaşan "Florens" qasırğası səbəbindən şəhər rəhbərliyi Vaşinqtonda fövqəladə rejim elan edib.
Publika.az xəbər verir ki, bununla bağlı şəhər meri Müriel Bouzer sərəncam imzalayıb. Qasırğanın sentyabrın 13-də ABŞ-a çatacağı bildirilir. Güclü küləyin surətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.