Dünya

Vanda 145 mühacir yaxalandı

Metbuat.az

Türkiyənin Van vilayətinin Muradiyə rayonunda qanunsuz yollardan ölkəyə girdiyi müəyyən edilən 145 mühacir yaxalanıb.

Rayon Jandarm Komandirliyi heyəti yoldakı yoxlamalar zamanı 5 maşını saxlayıb, maşınlarda 17-si qadın, 19-u uşaq, nizamsız 145 mühacir yaxalanıb.

Saxlanılan 145 mühacir rəsmi işlərin görülməsi məqsədilə Vilayət Köç İdarəsi Müdiriyinə göndərilib.

Eyni zamanda, İzmir vilayətinin Foça rayonu sahillərində isə qanunsuz yollardan Yunanıstan adalarına getməyə cəhd göstərən nizamsız 58 mühacir yaxalanıb.

Sahil Mühafizə Komandirliyi ekipajı Foça sahillərindəki rezin qayıqdakı 3 Suriya, 32 İraq, 10 Somali, 2 Eritre, 6 Əfqanistan və 5 Banqladeş vətəndaşını yaşalayıb.

Milli.Az