“Türkiyənin BVF-na müraciət planı yoxdur” - Albayrak
Türkiyənin Mərkəzi Bankı xeyli ölkənin Mərkəzi bankından daha müstəqildir.
Milli.Az bildirir ki, bunu Xəzinə və Maliyyə Naziri Berat Albayrak deyib.
Nazir Berat Albayrak "Reuters" xəbər agentliyinə verdiyi müsahibəsində xarici valyuta ilə borç alınmasına tətbiq edilən məhdudiyyət sayəsində valyuta məzənlələrinin sabitliyə qovuşacağına, bunun isə inflyasiya nisbətinin azalmasına və iqtisadiyyatın güclü böyüməsinə gətirib çıxaracağına inandığını vurğulayıb.
İnflyasiyaya qarşı güclü mübarizə məqsədi ilə dövlətin bütün təşkilatlarının sahib olduqları imkanlar çərçivəsində lazımlı tədbirləri həyata keçirdiyini ifadə edən nazir Albayrak, Türkiyənin Beynəlxalq Valyuta Fondu BVF-dan borc almaq kimi planının olmadığını, ölkəyə xarici sərmayə axışını artırmaq üçün addımlar atıldığını, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə hərbi əməkdaşlığın isə davam etdiyini vurğulayıb.
Milli.Az