Digər
Türkiyə ordunu sərhədə yeritdi - FOTO
Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə hərbi
texnikaların yerləşdirilməsi prosesini davam etdirir.
Publika.az xəbər verir ki, müxtəlif ordu birliklərindən
dəmiryolu vasitəsilə Hataya gələn hərbi avtomobillər İskenderun
dəmiryolu stansiyasına çatıb.
Daha sonra hərbi texnika və əsgərlər Suriya sərhədindəki hərbi
birliklərə göndərilib.
Hərbi texnika və şəxsi heyətin Suriya sərhədinə yerləşdirilməsi
prosesinin davam edəcəyi gözlənilir.
Asif