Dünya

Trampdan İspaniyaya maraqlı təklif

Metbuat.az

ABŞ prezidenti Donald Tramp İspaniyaya Aralıq dənizindən miqrant axınının qarşısını almaq üçün maraqlı məsləhət verib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Tramp İspaniyaya Böyük Səhraya divar hörməyi təklif edib. Bu barədə məlumatı İspaniyanın XİN rəhbəri Cozep Borrell açıqlayıb. 

Tramp məsləhətinə "Səhranın uzunluğu 5 min km-dir" deyən ispan diplomatlara "Səhra sərhədi bizim Meksika sərhədimizdən böyük ola bilməz" cavabını verib.

Milli.Az