Digər

Trampdan Dağlıq Qarabağ PROQNOZU, Rusiyaya qarşı MƏXFİ PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Metbuat.az

ABŞ Prezidenti Donald Tramp qarşıdakı aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılacağını bildirib. ABŞ Dövlət katibi Maykl Pompeo tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırıb. Rusiya və Türkiyənin hərbi rəsmiləri dünən İdlibdə silahsız bölgənin sərhədləri ilə bağlı son razılığa gəliblər. ABŞ-ın Rusiyadan “S-400” zenit-raket komplekslərini alan Çinə sanksiyalar tətbiq edib. Kiyev Azov dənizi üzrə məxfi planının olduğunu açıqlayıb.

Qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılır. Bunu ABŞ Prezidenti Donald Tramp müstəqillik günü münasibətilə Ermənistanın Baş naziri Nikol Paşinyana göndərdiyi məktubda bildirib.

“ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ münaqişənin uzunmüddətə dinc yolla həlli üçün sizinlə işləməyə hazırdır”, - deyə D.Tramp vurğulayıb.

ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir və tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırır. Bunu ABŞ Dövlət katibi Maykl Pompeo bildirib.

O, Ermənistanın müstəqillik günü ilə bağlı müraciətində bu ölkədə baş verən son dəyişikliklərə də toxunub:

“Demokratik institutların möhkəmlənməsi, korrusiyaya qarşı mübarizə və iqtisadiyyatın artımının tənzimlənməsində Ermənistan xalqı və hökuməti ilə birgə fəaliyyət göstərəcəyimizi səbirsizlikə gözləyirik”.

Ermənistanın müdafiə naziri David Tonoyan düşmən hərbi birləşmələrinin törətdiyi təxribatdan sonra sərhəddəki vəziyyətdən danışıb. Erməni nazir jurnalistlərə açıqlamasında hazırda sərhəddə nisbətən sakitlik olduğunu deyib.

Qeyd edək ki, bu, erməni nazirin erməni hərbi birləşmələrinin sərhəddə son təxribat hücumundan sonra ilk bəyanatıdır. Bir neçə gün öncə erməni hərbi birləşmələri sərhəddə təxribat hücumuna cəhd edib. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmənə ağır zərbə endirilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə erməni hərbi birləşmələrinin sərhəddəki təxribat hücumuna toxunmuşdu.

Azərbaycan Ordusunun ağır zərbəsindən sonra erməni nazir HƏR ŞEYİ AÇIQLADI: Cəbhədə...

Ermənistan Baş naziri Nikol Paşinyan noyabr-dekabr aylarında növbədənkənar parlament seçkisi keçirmək istəyir. Bu barədə məlumatı “Jamanak” qəzeti yayıb.

“Paşinyan baş düşür ki, növbədənkənar seçkini yaza qədər təxirə salsa, o zaman onun reytinqi əhəmiyyətli dərəcədə aşağı düşəcək. Paşinyan anlayır ki, Konstitusiya dəyişikliklərini həyata keçirə bilməyəcək. Ona görə ki, parlament bu dəyişikliklərə səs verməyəcək. Yeni parlamentin formalaşması üçün yeganə imkan onun istefasıdır. Parlamentdəki əksəriyyəti təşkil edən Respublikaçılar Partiyasının baş nazir vəzifəsinə namizəd irəli sürə bilməməsi üçün Paşinyan yeni mitinqlər təşkil edib, parlament binasını mühasirəyə almaq niyyətindədir. Bununla o, iki həftə ərzində parlamenti növbədənkənar seçki keçirməsi üçün iclas çağırmağa məcbur etmək istəyir”, – deyə məqalədə bildirilib.

“Rusiya və Türkiyənin hərbi rəsmiləri dünən İdlibdə silahsız bölgənin sərhədləri ilə bağlı son razılığa gəliblər”. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov qeyd edib ki, Soçidə əldə olunan razılaşma aktiv şəkildə həyata keçirilir.

“Rusiya və Türkiyənin İdlib razılaşması “ara addım”dır. Silahsız bölgənin yaradılması Suriya ordusuna və Xmeymim bazasına hücumların qarşısını alacaq”, - deyə o bildirib.

İran Yaxın Şərqdəki bütün konfliktlərə görə məsuliyyət daşıyır. Bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli deyib.

“Əgər Yaxın Şərqdə qeyri-stabillik mənbəyi olan bir ölkə varsa, bu, İsrail yox, İrandır. İran İraqda nəzarət etdiyi qruplardan amerikalılara qarşı hücum üçün istifadə edir. İki həftə əvvəl İranın dəstəklədiyi qruplar ABŞ-ın Bağdaddakı Səfirliyinə və Bəsrədəki Konsulluğun raketlərlə hücum ediblər. Biz bununla barışmayacağıq. İran bu hücumları dayandıra bilər, amma bunu etməyi özünə vacib bilmədi”, – deyə o bildirib.

Tehran BMT-nin Baş Assambleyası çərçivəsində prezident Həsən Ruhaninin ABŞ prezidenti Donald Trampla görüşü üçün sorğu göndərməyib. Bu haqda İranın Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Qasımi bildirilib.

“Yenidən vurğulayıram ki, İran tərəfi heç vaxt Trampla görüş üçün sorğu göndərməyib”, - o deyib.

Xatırladaq ki, İran tərəfinin sözügedən sorğusu ilə bağlı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun İranla nüvə proqramı üzrə razılaşmadan çıxdığını elan edib. Prezident həmçinin, İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

Rusiya Aralıq dənizi üzərində vurulan "İl-20" tipli hərbi təyyarəsi ilə bağlı İsrailin təqdim etdiyi dəlilləri qəbul etməyib. “Hizbullah”a yaxınlığı ilə tanınan “Al Mayadeen” telekanalının verdiyi məlumata görə, Təl-Əvivin təqdim etdiyi məlumatlar Rusiyaya inandırıcı gəlməyib.

Xəbərə görə, İsrail Hərbi Hava Qüvvələri komandanı general-mayor Amikam Norkinin rəhbərliyindəki nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyib. Lakin Putin İsraildən gələn heyətlə görüşmək istəməyib və onları geri göndərib.

Putindən yəhudi generala TƏRS ŞİLLƏ - İsrail bunu gözləmirdi - FOTO

ABŞ-ın Rusiyadan “S-400” zenit-raket komplekslərini alan Çinə sanksiyalar tətbiq etməsi Moskva və Pekin tərəfindən sərt qarşılandı. Çin bəyanata “Nəticələrə hazır ol!” şəklində xəbərdarlıqla cavab verib.

“Ya bu qərardan imtina edin, ya da nəticələrinə hazır ol!”, - Çinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Moskvadan verilən bəyanatda isə ABŞ-ın atəşlə oynaması “axmaqlıq” adlandırılıb.

Xatırladaq ki, ABŞ Çin Mərkəzi Hərbi Şurasının Qoşunların Təlim və Təchizat Departamentinə qarşı sanksiyalar tətbiq edib. Qadağalar onun rəhbəri Li Şanfuya da şamil olunub.

"Atəşlə oynama!" - Üç supergüc QARŞI-QARŞIYA GƏLDİ

Kiyevdə Azov dənizi üzrə məxfi plan var. Bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin brifinqdə danışıb.

Nazir konkret ölçüləri açıqlamaqdan imtina edib, amma vurğulayıb ki, onlar artıq uyğunlaşdırılıb.

“Biz müqavilələr barəsində müxtəlif seçimlərə baxırıq. Əlbəttə, bizim hamınıza aydındır ki, Azov daxili dəniz deyil. Hazırda Qara dəniz və Azov dənizində Ukraynanın hüquqların pozulması, həmçinin Kerç boğazında Krım körpüsünün qeyri-leqal tikintisi haqqında beynəlxalq arbitraj həyata keçirilir”, - Klimkin deyib.

Ukraynanın xarici siyasət idarəsinin başçısının sözlərinə görə, hakimiyyət bütün “dostlar və partnyorlar”la bütün mümkün seçimləri müzakirə edib.

Qeyd edək ki, Kiyev Moskvanı Kerç boğazından keçərək Ukrayna limanlarına üzən gəmilərin hərəkətinə maneə olmaqda ittiham edir. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Krım Sərhəd Xidməti isə yoxlamaların beynəlxalq dəniz hüququna uyğun keçirildiyini bildirir.

Ömər Dağlı