Ölkə

Tovuzda davada 21 yaşlı oğlanın qulağını kəsdilər

Metbuat.az

Tovuz rayonunda dava olub.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Ələsgərov Elşən Rövşən oğlu kənd ərazisində döyülüb.

Hadisə nəticəsində E.Ələsgərovun sağ qulağının arxa hissəsi kəsilib.

Yaralı xəstəxanaya gətirilib və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.