Ölkə

Tovuzda ağır qəza: 3 yaralı var

Metbuat.az

 Bakı-Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonunun Düz Qırıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Lifan" markalı avtomobillə "VAZ-2106"nın toqquşması nəticəsində 2 nəfər Şəmkir rayon sakini - 1991-ci il təvəllüdlü Həsənov Cavid Sabir oğlu və 1993-cü il təvəllüdlü Zaloqlu Məhəmməd Rəsul oğlu, həmçinin 1992-ci il təvəllüdlü Tovuz rayon Əyyublu kənd sakini Həsənov Cabid Ədalət oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az