Ölkə

Tovuzda 58 yaşlı qadını camış vurdu

Metbuat.az

Tovuzda orta yaşlı qadını camış vurub.

Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini, 1960-cı il təvəllüdlü Rəhimova Sücayət Əli qızı həyətlərində olarkən camışın hücumuna məruz qalıb.

Nəticədə qadın müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib.