Dünya
Təyyarənin pilotu əynini soyundu və...
"United Airlines" aviaşirkətinə aid təyyarədə qeyri-adi hadisə baş verib.
Metbuat.az "Milliyyet.com.tr"yə istinadla bildirir ki, ABŞ-ın Nyu-Cersi şəhərindən Şotlandiyanın paytaxtı Qlazqoya uçan təyyarənin pilotu paltarlarını soyunub və sərnişinlər üçün ayrılan hissədə yuxulayıb. Həmin anlar sərnişinlər tərəfindən sosial mediada paylaşılıb.
Görüntünü çəkən sərnişinin sözlərinə görə, pilot öncə tualetdə əynini dəyişib. Daha sonra bir saatdan çox yatıb. Bəzi sərnişinlər bu haldan narahat olublar.
Məlumata görə, "Liberty" beynəlxalq aeroportundan uçan təyyarənin pilot kabinəsində 3 pilot olub.
Heç bir kişi ona yaxın düşə bilmir - VİDEO