Dünya

Suriya ordusu İdlibdə hücuma keçdi

Metbuat.az

Suriya ordusu İdlib və Həma əyalətlərində genişmiqyaslı hücuma başlayıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Suriya ordusu Həmadakı Masasne kəndi yaxınlığında silahlıların mövqelərinə hücum edib. 

Bildirilir ki, hökumət qüvvələri "Ceyş əl-İzza" müxalif qruplaşmasının xeyli döyşçüsünü məhv edib. 

Əsəd qüvvələri həmçinin "Həyat Təhrir aş-Şam" qruplaşmasının mövqelərinə zərbələr endirib və nəticədə Abu-ed-Duhur hərbi aerodrumu istiqamətində irəliləyə bilib. 

Rusiyalı hərbçilər hücumda iştirak etməyiblər.

Milli.Az