Ölkə

Sumqayıtda kütləvi dava: 2 nəfər bıçaqlandı

Metbuat.az

Sumqayıtda kütləvi dava zamanı iki nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, kütləvi dava zamanı iki nəfər - 1996-cı il təvəllüdlü Nəsirov Elməddin Valerin oğlu və 1993-cü il təvəllüdlü Əliyev Məhəmməd Nizami oğlu bıçaqlanıblar.

Yaralılar xəstəxanaya çatdırılaraq əməliyyat olunublar.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Milli.Az