Dünya
Sükan arxasında telefonla oynayan sürücü qadını vurub öldürdü - Qəza anı - VİDEO - FOTO
Yük maşını ilə qəza anı avtomobilə quraşdırılan kameraya düşüb.
Milli.Az Metro-ya istinadla xəbər verir ki, görüntülərdə yük maşınının sürücüsünün qəzadan 18 saniyə əvvəl mobil telefonla oynaması əks olunub.
O, telefona baxdığına görə önünü görməyib və yük avtomobili qarşıdakı "Toyota" avtomobilinə çırpılıb.
Nəticədə "Toyota"dakı 4 uşaq anası hadisə yerində keçinib.
Hadisə Şotlandiyada baş verib. 66 yaşlı sürücü Yvonne Bləkman insan ölümünə səbəb olduğuna görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Emin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: