Ölkə
“Sportinq”–“Qarabağ” matçının hakimləri məlumdur
UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ” klubunun Portuqaliyanın “Sportinq” klubu ilə keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.
Mətbuat.az xəbər verir ki, oyunu Fransua Leteksiyenin baş hakimliyi ilə Fransadan olan hakimlər briqadası idarə edəcək. Siril Münyö və Mehdi Rahmuni ona ədaləti qorumaqda kömək edəcəklər. Dördüncü hakim Bertran Juanno, əlavə köməkçi hakimlər Frank Şnayder və Kərim Abed olacaqlar.
Oyunun hakim-inspektoru Bosniya və herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə çexiyalı Patrik Filipekdir.
Məlumat üçün bildirək ki, Lissabondakı “Joze Alvalade” stadionunda keçiriləcək “Sportinq”–“Qarabağ” matçı sentyabrın 20-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.