Dünya

Soçidə sərnişin təyyarəsi enmə zamanı alışıb, xəsarət alanlar var - VİDEO

Metbuat.az

"Utair" hava şirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi Rusiyanın Soçi şəhərində hava limanına enmə zamanı alışıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Moskvadan Soçiyə uçan "Boeing 737" sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Hadisə zamanı 6 nəfər xəsarət alıb, 160 nəfər təxliyyə edilib.

Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və saat 03:25-də yanğın lokallaşdırılıb.

Bir saat sonra isə alov söndürülüb. Hadisə zamanı təyyarənin ön hissəsi də zərər çəkib.

Milli.Az