Dünya

Səudiyyənin ilk qadın aparıcısı

Metbuat.az

Səudiyyə Ərəbistanında ilk dəfə qadın xəbərlər proqramının aparıcısı olub.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, "Saudi Tv"də Viad Əd Dahil adlı qadın xəbər aparıcısı kimi izləyicilərin qarşısına çıxıb. Jurnalist daha əvvəl Əl Həyat qəzeti, "Al Jazeera" TV-sində də çalışıb.

Qeyd edək ki, "Mülayim İslam" qaydalarını tətbiq edən Səudiyyədə son bir ildə bir çox qadağalar ləğv edilib və qadınlara müxtəlif hüquqlar verilib.

Milli.Az