Səfər Mehdiyev: "Dövlət Gömrük Komitəsi vətəndaşlara keyfiyyətli xidmət göstərir"
Bu gün "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda mətbuat konfransı keçirilib.
Publika.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxışı zamanı son 8 ayda aparılan islahatlar barədə məlumat verib: "8 ay ərzində həyata keçirilən dəyişikliklərin ən önəmlisi Prezidentin 13 iyul 201 saylı qərarına uyğun olaraq aparılan struktur dəyişiklikləridir. Bundan başqa, elektron xidmətlər və daxili imkanlar hesabına sərhəd keçid məntəqələrində sıxlıq azaldıldı. Sərnişin axını digər vaxtlarda 6 min nəfərə qədər olduğu halda, yay mövsümündə 17 minə qədər çatır. Hər ay DGK-nin hər sərhəd keçid məntəqəsindən 1,5 milyon insanın rahat gediş-gəlişini təmin edir. Aparılan isıahatların nəticəsidir ki, bu gün Dövlət Gömrük Komitəsi vətəndaşlara keyfiyyətli xidmət göstərir".
Könül