Ölkə

Səbaildə binalardan biri Azərbaycan bayrağı ilə bəzədilib - FOTO

Metbuat.az

Bakının Səbail rayonunda binalardan biri Azərbaycan bayrağı ilə bəzədilib.

Səbail Rayon İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, paytaxtın mərkəzində, Bünyad Sərdarov küçəsi 22 ünvanında yerləşən binanın sakinləri eyvanlardan milli bayraq asıblar.

Bu, Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100-cü ildönümünə həsr olunub. 

Milli.Az