Ölkə

Saxta turpaketlər satmaqda təqsirləndirilən qadına cəza verildi

Metbuat.az

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Şıxıyeva 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.

İttihama görə, Günel Şıxıyeva 8 nəfərdən Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb.

Aldığı pulun qarşılığında müştərilərə təyyarə biletləri də satan G.Şıxıyevanın əməlləri hava limanında ifşa olunub. Biletin saxta olduğu üzə çıxıb.

Milli.Az