Ölkə
Şamaxıda toyda dava olub, xəsarət alan var
Şamaxıda toyda dava olub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Kərkənc kəndində baş verib.
Kənddə keçirilən toy mərasimində baş verən davada, 1977-ci il təvəllüdlü Xaqani Oktay oğlu Rüstəmov bir neçə həmyerlisi tərəfindən döyülüb. Nəticədə o, ağır xəsarət alıb.
X.Rüstəmov yaxınları tərəfindən Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az