Dünya

Rusiya: "Suriyada 3 min məktəb təmir ediləcək"

Metbuat.az

Yeni tədris ilin başlanması ilə əlaqədar Rusiya müdafiə naziri Sergey Şoyqu Suriyadakı vəziyyətlə bağlı çıxış edib.

Publika.az xəbər verir ki, nazirin sözlərinə görə, Suriyada yaşayan uşaqların rahat təhsil alması üçün ən az 3 min məktəb əsaslı şəkildə yenidən qurulmalıdır:

“Biz Suriyadakı vəziyyəti daim izləyirik. Bu gün Suriyanın təhsil sistemi yeni tədris ilinə hazır deyil. Suriyada 3 min 900-dən çox məktəb yarasız vəziyyətdədir. Bu il suriyalı şagirdlər çətinliklə də olsa, 14 min məktəbdə dərslərə başlayacaq. Lakin bu məsələnin həll edilməsi vacibdir".

Könül