Digər

Rusiya rəhbərliyi Kabzonla vida mərasimində - FOTOLAR

Metbuat.az

Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyev rusiyalı müğənni İosif Kobzonun son mənzilə yola salınma mərasiminə qatılıb.

Publika.az xəbər verir ki, Putin Kobzonun xatirəsini 1 dəqiqəlik sükutla yad edib.

Daha sonra prezident Kobzonun həyat yoldaşı Ninel Kobzona, övladları və nəvələrinə başsağlığı verib.

Qeyd edək ki, İosif Kobzon avqustun 30-da vəfat edib. Müğənni xərçəng xəstəliyindən əziyyət çəkirdi.