Dünya

Rusiya hərbçiləri Ermənistanda təlim keçirirlər

Metbuat.az

İkitərəfli bölük təlimləri çərçivəsində Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilən 2 mindən çox hərbçisinin döyüş hazırlıq vəziyyəti yoxlanılır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib.

Bildirilib ki, təlimlər bir həftə ərzində Rusiyanın Ermənistandakı Kəmxud və Alagəz poliqonlarında keçirilir. Təlimdə motoatıcı, tank, artilleriya, zenit-raket, kəşfiyya mühəndis və rabitə bölükləri iştirak edir.

Təlimə 2 mindən çox hərbçi, 400-ə yaxın avtomobil, zirehli texnika, o cümlədən "MiQ-29" qırıcı, "Mi-24P" və "Mi-8MTV" helikopterləri, pilotsuz uçan komplekslər cəlb edilib.

Milli.Az