Digər
Ruhani Trampı edamla TƏHDİD ETDİ
İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald
Trampı Səddam Hüseynin taleyini yaşaya biləcəyi ilə təhdid
edib.
Publika.az xəbər verir ki, Ruhani bu barədə İran dövlət
televiziyasında çıxışı zamanı deyib.
“ABŞ prezidenti Donald Tramp indiki siyasətini davam etdirəcəksə,
onu Səddam Hüseynin taleyi gözləyir”, deyən Ruhani Vaşinqtonun
bütün təzyiqlərinə baxmayaraq, raket proqramlarından əl
çəkməyəcəklərini bəyan edib.
Qeyd edək ki, İraqın keçmiş lideri Səddam Hüseyn 2003-cü ildə
ABŞ-ın müdaxilə ilə devrildi. Daha sonra o, edam olundu.
Asif