Ölkə
Riberiden “Qalatasaray”a dəstək
Çempionlar Liqasının qrup mərhələsində üç ildən sonra yenidən iştirak edən “Qalatasaray”, dünən keçirdiyi ilk oyunda “Lokomotiv”i (Rusiya) 3:0 hesabı ilə məğlub edib.
Mətbuat.az xəbər verir ki, “cim-bom”un keçmiş futbolçusu, hazırda "Bavariya"da forma geyinən Frank Riberi bu qələbə münasibəti illə klubu təbrik edib. Fransalı vinger sosial şəbəkə hesabından “Təbriklər, "cim-bom". Təkrar xoş gəldiz” mesajını paylaşıb.
Xatırladaq ki, 2005-ci ildə “Qalatasaray”da çıxış edən futbolçu, “sarı-qırmızılar”ın heyətində 14 oyun keçirsə də, qol hesabını aça bilməmişdi.
https://metbuat.az/news/1027927/cl-qalatasaray-ilk...- Bunu da oxuyun