Dünya
Qəzzada yaralanan fələstinlilərin sayı 240 nəfərə çatıb
Qəzza sektorunun şərq sahilində İsrail hərbçiləri ilə toqquşmalarda azı 240 fələstinli xəsarət alıb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Fələstinin səhiyyə naziri Əşrəf əl-Kidr məlumat yayıb.
"Saat 21:30-a olan məlumata görə, Qəzza sektorunun şərq sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 240 fələstinli xəsarət alıb", - deyə o bildirib. Nazirin sözlərinə görə, onlardan 82-i xəstəxanaya yerləşdirilib. Yaralılar arasında 1 uşaq da var.
Əşrəf əl-Kidr əlavə edib ki, toqquşmalar zamanı nazirliyin 3 əməkdaşı da xəsarət alıb. Daha əvvəl qarşıdurmalar zamanı 180 nəfərin yaralandığı bildirilirdi.
Milli.Az