Dünya

Qazaxıstanda təyyarə eniş etdikdən sonra mühərriki alışıb

Metbuat.az

Qazaxıstanda "Air Astana" aviaşirkətinə məxsus təyyarənin mühərriki eniş etdikdən sonra alışıb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, yanğın söndürülüb, xəsarət alan yoxdur.

Qeyd olunur ki, alışma təyyarənin sol mühərrikində baş verib. Təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub.

Hadisə ilə bağlı araşdırma aparılır.