Ölkə

Qazaxda uzunqulaqla gedən yaşlı kişini maşın vurdu - FOTO

Metbuat.az

Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun Çaylı kəndi ərazisində yol kənarı ilə uzunqulağa qoşulmuş arabada hərəkətdə olan 1955-ci il təvəllüdlü Şakir Binnətov "Qazel" markalı avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Uzunqulaq isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.