Ölkə

Qaxda tütün sexi yandı

Metbuat.az

Qaxda tütün sexi yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Şotavar kəndində ümumi sahəsi 80 kv.m olan tikilinin (tütün qurutma sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 40 kv.m sahədə və içərisində olan 1,2 ton tütünün 1 tonu yanıb.

Tikilinin və tütünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Milli.Az