Qardaş ölkə yeni müharibəyə hazırlaşır - Hərbi mənbələr HƏR ŞEYİ AÇDI
Türkiyə Əsəd rejiminin başlaya biləcəyi hücum
nəticəsində sərhəddə baş verə biləcək miqrant böhranına görə
müxaliflərin hakim olduğu İdlibdə hərbi mövqelərini
gücləndirir.
Publika.az xəbər verir ki, bu barədə “Röyters”ə Türkiyə
hökuməti və hərbi qurumlarındakı mənbələr məlumat verib.
Mənbələr Türkiyə ordusunun Suriya ilə sərhəddə canlı qüvvə və
texnika topladığını, həmçinin, humanitar fəlakət zamanı lazım ola
biləcək ləvazimatlar daşındığını bildirib.
“Orada hərbi varlığımız mövcuddur və hər-hansı formada zərər
gələrsə, hücuma məruz qalarıqsa, bu, Türkiyəyə edilmiş hücum olaraq
qəbul ediləcək və lazımı cavab veriləcək”, - deyə mənbələrdən biri
bildirib.
Hərbi mənbə qeyd edib ki, miqrantlar Türkiyəyə daxil edilməyəcək:
“Çünki keçmiş təcrübəyə görə, bu köç dalğasında Türkiyəyə
terrorçular da daxil edilir. Buna görə də həm Türkiyə, həm də
Avropanın təhlükəsizliyi üçün köç dalğası Suriya torpaqlarında
yerləşdiriləcək”.
Asif